Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:33

Ukrayna hara Azərbaycan ora? [Video]


-


Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ saziş imzalanmasına hazırlıq prosesini dayandırmaq qərarı verib.

«İşdən sonra» verilişində siyasi şərhçilər Ərəstun Oruclu və Nicat Səmədoğlu Ukraynanın çaşqınlıq yaradan bu qərarını müzakirə ediblər.


«UKRAYNA RUSİYA ÜÇÜN BÖYÜK ÖNƏM KƏSB EDİR»

Nicat Səmədoğlu Ukraynanın son addımını belə şərh edir:

«Rusiyanın Ukraynaya təsiri siyasi elitanın, hakimiyyətin strategiyasına təsir etməyə bilməzdi. Qərb mətbuatı qeyd edir ki, Ukrayna hər iki tərəflə oynamaqla məşğuldur. Rusiya ənənəvi olaraq şantaj, güc, digər vasitələrlə öz təsirini post-sovet məkanında saxlamaq niyyətindədir. Ukrayna Rusiya üçün böyük önəm kəsb edir. Rusiya bunu başa düşərək, öz geosiyasi vasitələrini işə salır. Lakin bu vasitələr nə qədər dayanıqlı olacaq, bəlli deyil…».

«DEMOKRATİK UKRAYNA NƏ RUSİYAYA, NƏ DƏ YANUKOVYCH-Ə SƏRF EDİR»

Ərəstun Oruclunun fikrincə, Viktor Yanukovych hökuməti bu qərarı birdən-birə verməyib:

«Ukrayna prezidenti əvvəlcə bir növ araşdırma aparırdı ki, Avropa Birliyinə nə verə bilər və nə ala bilər. Eyni zamanda, o, Avropa faktorundan istifadə edib Rusiyada mövqelərini möhkəmləndirməyə çalışırdı. Rusiyanın Ukraynaya təzyiqi bir növ dekorasiya xarakteri daşıyırdı. Daha inkişaf etmiş, demokratik Ukrayna nə Rusiyaya, nə də Viktor Yanukovych-ə sərf edir. Ukrayna hakimiyyətinə Qərb modeli lazım deyil. Ancaq bu addımı ilə Ukrayna prezidentinin çox ciddi itkiləri də oldu. O, Avropa Birliyi ilə oyun oynayıb Rusiyanın qarşısında etibarsız tərəfdaş imici formalaşdırdı. Sonda oyunu Rusiyanın xeyrinə həll edib Avropa Birliyi üçün də etibarsız oldu. Bununla da, Viktor Yanukovych-i siyasi fiqur kimi itmiş hesab etmək olar...».

Ukraynadakı etirazları isə Ərəstun Oruclu haqlı sayır:

«Ukrayna əslində dərin parçalanmış cəmiyyətdir. Ancaq hər kəs başa düşür ki, Rusiyayla perspektiv nədən ibarətdir. Ortada insanların marağı məsələsi var. Hər kəs anlayır ki, Avropanın bir hissəsi olmaq daha məqsədəuyğun, əlverişlidir. Nə qədər ki, Ukrayna, Azərbaycan kimi ölkələr iki düşərgə arasında qalıb, onların siyasi perspektivi görünmür…».

Şərhləri göstər

XS
SM
MD
LG