Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:59

Büdcə qəbul olundu


Azərbaycan manatı
Azərbaycan manatı
-
Maliyyə naziri Samir Şərifov 2014-cü ilin büdcə layihəsi ilə bağlı fikirlərini açıqlayıb. O, deputatların hər bir təklifinin də ayrıca araşdırıldığını söyləyib:

«Təklif olunan bəzi məsələlərin həlli üçün nəinki 2014-cü, heç növbəti 3 ildə də maliyyə mənbələri tapmaq çətin olacaq. Məsələləri saf-çürük edib həlli yollarını tapırıq. İrəli sürülən hər bir təklifə büdcə dayanıqlığı və makro-iqtisadi sabitlik prizmasından baxmaq lazımdır».

Dövlət büdcəsi-2014

İNFOQRAFİKA
MİLLİ MƏCLİSƏ ƏLAVƏ VƏSAİT VERİLMƏSİNƏ YAŞIL İŞIQ YANIR

Maliyyə naziri Milli Məclisin maddi-texniki təminatına əlavə vəsait ayrılmasının mümkünlüyünü bildirdi. Onun fikrincə, büdcədəki bəzi xərclərə dəyişikliklər etməklə bunu reallaşdırmaq olar. Bu məqsədlə ümumi dövlət xərcləri maddəsinə 752 min manat əlavə olunub.

SİYASİ PARTİYALARA AYRILAN VƏSAİT 10 FAİZ ARTA BİLƏR

Siyasi partiyalara ayrılan vəsaitə toxunan nazir həmin vəsaitdən 10 faizinin xərclənmədiyini diqqətə yetirdi:

«Qanuna müvafiq dəyişikliklər etməklə qənaət edilmiş 10 faizlik vəsaiti növbəti ilin büdcəsinə əlavə etmək olar».

Maliyyə nazirinin çıxışından sonra layihə səsə qoyulub və 100 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla 2014-cü ilin büdcə layihəsi qəbul edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG