Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:52

2014-cü ilin büdcəsi müəyyənləşdi


Maliyyə naziri Samir Şərifov 2014-cü ilin büdcə layihəsi ilə bağlı fikirlərini açıqlayıb. O, deputatların hər bir təklifinin də ayrıca araşdırıldığını söyləyib:

“Təklif olunan bəzi məsələlərin həlli üçün nəinki 2014-cü, heç növbəti 3 ildə də maliyyə mənbələri tapmaq çətin olacaq. Məsələləri saf-çürük edib həlli yollarını tapırıq. İrəli sürülən hər bir təklifə büdcə dayanıqlığı və makro-iqtisadi sabitlik prizmasından baxmaq lazımdır.

Milli Məclisə əlavə vəsait verilməsinə yaşıl işıq yanır
Maliyyə naziri Milli Məclisin maddi-texniki təminatına əlavə vəsait ayrılmasının mümkünlüyünü bildirdi. Onun fikrincə, büdcədəki bəzi xərclərə dəyişikliklər etməklə bunu reallaşdırmaq olar. Bu məqsədlə ümumi dövlət xərcləri maddəsinə 752 min manta əlavə olunub.

Siyasi partiyala ayrılan vəsait 10 faiz arta bilər
Siyasi partiyalara ayrılan vəsaitə toxunan nazir həmin vəsaitdən 10 faizinin xərclənmədiyini diqqətə yetirdi:
“Qanuna müvafiq dəyişikliklər etməklə qənaət edilmiş 10 fazilik vəsaiti növbəti ilin büdcəsinə əlavə etmək olar ”.

Maliyyə nazirinin çıxışından sonra layihə səsə qoyulub və 100 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla 2014-cü ilin büdcə layihəsi qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG