Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22
Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqədə Gəncə şəhəri 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçildi.

Gəncə müsabiqənin final mərhələsində Badajoz (İspaniya), Qalvay (Şimali İrlandiya), La Lagina (İspaniya), Varna (Bolqarıstan) və Vilnüs (Litva) şəhərləri ilə birlikdə mübarizə aparıb.

“Avropa gənclər paytaxtı” yarışmasının son turu 2016-cı il noyabr ayının 23-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək. Cənubi Qafqaz regionundan Tbilisi və Batumi şəhərləri müsabiqəni vaxtından əvvəl tərk ediblər. Gəncəli gənclər şəhərlərin Avropa Gənclər Paytaxtı olması üçün vaxtaşırı toplanıb və qədim şəhərin mövcud potensialının tanıdılması üçün maraqlı tədbirlər keçiriblər.

Qeyd edək ki, "Gənclər paytaxtı" adı şəhəri, Avropa Gənclər Forumu tərəfindən bir il müddətinə təltif olunur və bu şəhərlərdə mədəni, siyasi və sosial sahədə müxtəlif tədbirlər keçirilir.

İlk dəfə "Gənclər paytaxtı" adı müsabiqəsi 2009-cu ildən keçirilib. Həmin titulu ilk dəfə Hollandiyanın Roterdam şəhəri udub. İtaliyanin Turin şəhəri, Belçikanin Antverpen, Portuqaliyanın Braqa, Sloveniyanın Maribor ve Yunanıstanın Saloniki şəhəri olub.
XS
SM
MD
LG