Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:07

«Biz bir-birimizə inanırıq, etibar edirik»


İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukashenka

İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukashenka

-
“Biz bir-birimizə inanırıq, etibar edirik. Biz bir-birimizin sözlərinə inanırıq. Ona görə ki, bizim sözlərimizlə əməllərimiz arasında ayrılıq yoxdur, hətta bəzən bizim razılaşmaları imza ilə rəsmiləşdirməyə ehtiyac olmur”.

Prezident İlham Əliyevin Belarus prezidenti Aleksandr Lukashenka ilə görüşündən sonra yayılan bəyanatında belə deyilir.

Aleksandr Lukashenka isə bəyanatında, iki ölkənin gənclərə və təhsilə böyük diqqət ayırdığını bildirib:

“Mən həmişə deyirəm ki, İlham Heydər oğlu bizim aramızda ən ziyalı və savadlı prezidentdir və bu məsələyə böyük diqqət yetirir. Görünür, bu səbəbdən o, bütün dünyada normal təhsil olan yerlərə Azərbaycan gənclərini göndərməyə çalışır. Gənclər də, əlbəttə, yeni texnologiyaları bura, öz vətənlərinə gətirəcəklər, onlar yüksək bilikli adamlar olacaqlar. Bu gün bizdə yüz əlli azərbaycanlı tələbə təhsil alır. Onlar bizim üçün heç bir problem yaratmırlar. Ağıllı, sakit gənclərdir, normal təhsil almağa çalışırlar. Bax bu mütəxəssislər hər il Azərbaycanın iqtisadiyyatına cəlb edilir və sanballı nəticə verirlər”.

Belarus lideri İlham Əliyevi Minskə dəvət edib:

“Bizim yaxşı təcrübəmiz var. Hər il gah Minskdə, gah Bakıda görüşürük. Bu bizi müvafiq formada saxlayır, lakin daha çox həmkarlarımızı səfərbər edir ki, onlar da yaxşı formada olsunlar. Ona görə ki, bizim görüşlərdən əvvəl işlərin sürətini artırmaq lazımdır”.

Xəbəri president.az saytı yayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG