Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:24

Həbsdə olan jurnalist Pərviz Həşimli aclıq aksiyasına başlayır


Pərviz Həşimli
Pərviz Həşimli
Noyabrın 21-də vəkil Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında jurnalist Pərviz Həşimli ilə görüşüb.

Bu barədə vəkil özünün “Facebook” səhifəsində yayıb.Elçin Sadıqov deyir ki, Pərviz Həşimlinin səhhəti çox pisdir: “Mənə dedi ki, onun belə şəraitdə saxlanılması faktiki olaraq işgəncədir, qeyri-insani rəftardır. Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər.
Bildirdi ki, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən aclıq aksiyasına başlayacaq.
Tələbi isə ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi, müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılmasıdır”.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə həbs olunub.Onlar qanunsuz silah və sursat saxlamaqda ittiham olunurlar. Jurnalist həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.
XS
SM
MD
LG