Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

Aşura günü qan verənlərdən 210-da təhlükəli infeksiya aşkar edilib


Foto: Arxiv

Foto: Arxiv

-
«Azərbaycanda Aşura günü qan verən 4437 nəfərdən 210-nun qanında təhlükəli infeksiya aşkarlanıb. Bu səbəbdən həmin 210 nəfərdən toplanan 105 litrə yaxın təhlükəli qan yandırılıb».

Bunu apa-ya Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva deyib.

O bildirib ki, Aşura günü hər bir vətəndaşdan alınan qan 3 saat ərzində Mərkəzi Qan Bankında olan soyuducuda saxlanaraq 4 infeksiyaya görə yoxlanır. Bunlar Hepatit B, Hepatit C, HİV və Sifilis infeksiyasıdır:

«Bu il qan verənlər arasında HİV virusu aşkarlanmayıb, ötən il isə 1 nəfərin qanında olmuşdu».

Pərvanə Hacıyeva Aşura günündə aparılan yoxlama nəticəsində qanında virus aşkarlanan vətəndaşlara müraciət də edib. O bildirib ki, Qan Bankında bütün məlumatlar anonim saxlanır:

«Lakin Aşura günündə qan verən insanlar şəxsiyyət vəsiqələri ilə yaxınlaşıb qanları haqqında məlumat ala bilərlər. Yaxşı olardı ki, 210 nəfər özləri haqqında məlumatı alsın, öncədən infeksiyaya qarşı tədbirlər görsünlər. Bəlkə də onların çoxu bilmir ki, qanlarında hansısa infeksiya var. Bədəndə infeksiya qaldıqca, bu gələcəkdə daha ciddi problemlər yarada bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG