Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:57

Ukrayna Rusiyaya tərəf dönür


Ukrayna parlamenti
Ukrayna parlamenti
Ukrayna hökuməti Avropa Birliyi ilə asosasiv saziş və azad ticarət razılaşması imzalanmasına hazırlıq prosesini dayandırıb.Ayın sonunda Avropa Birliyinin Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində belə bir saziş imzalanacağı gözlənilirdi.

Ukrayna hökuməti bildirib ki, məqsəd bu razılaşmanın Rusiya ilə ticarət və sənaye istehsalına təsirini öyrənməkdir. Hökumət həmçinin Ukrayna, Avropa Birliyi və Rusiya ilə 3 tərəfli ticarət komissiyası yaradılmasını təklif edib.

Bundan əvvəl isə Ukrayna parlamenti həbsdə olan keçmiş baş nazir Yuliya Timoshenkonun xaricdə müalicəsinə yol açan qanunu qəbul etməyib.

Bu məsələ Ukraynanın Avropa Birliyi ilə asosasiv saziş imzalamasında əsas şərtlərdən biri idi.

Şərq Tərəfdaşılığı proqramında məqsəd , keçmiş Sovet respublikalarını Avropa birliyinə yaxınlaşdırmaqdır. Rusiya isə bu ölkələrin onun liderlik etdiyi vahid gömrük ittifaqına qoşulmasını istəyir.

Avropa Birliyinin genişlənmə məsələsi üzrə komisarı Stefan Fuele məsələylə bağlı bu gün Kiyevə yollanır.
XS
SM
MD
LG