Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:45

«The Independent» qəzetinin əməkdaşı Azərbaycana buraxılmayıb.


«The Independent»

«The Independent»

-
Bu barədə qəzet öz səhifəsində yazı dərc edib.

Bildirilir ki, yüzdən artıq beynəlxalq medianın izləyəcəyi avtomobil yarışlarına təkcə onlar çağırılmayıb:

«Düşünüblər ki, «The Independent» sadəcə 5-ulduzlu «Kempinski Hotel»də oturmayacaq. Onlar bunu doğru təxmin ediblər. Bizim Azərbaycanda olmağımız neftlə zəngin ölkənin özünü xaricdə ticarət və maliyyə mərkəzi kimi tanıtmasını araşdırmaq üçün bir imkan idi. Əliyevin idarəçiliyində həyat necədir ki, onlar mənim bunu görməyimi istəmirlər? «The Baku World Challenge» yenidən prezident seçilmiş İlham Əliyevin yaxşıca parladılmış tacının bir cövhəridir.

O, medianın onun demokratiya, insan haqları və mətbuat azadlığına olan biganə münasibətini yox, daha çox onun parlaq imicini göstərməyinə üstünlük verir» - deyə qəzet yazır.

Noyabrın 21-dən 24-dək Bakıda GT3 avtomobil yarışı keçiriləcək. Dünya avtomobil yarışına Fransa, İtaliya, İspaniya, Almaniya və s. ölkələr qatılacaq. Bu ölkələrdən olan 13 komandanın tərkibində 30-dan artıq avtomobil yarışacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG