Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Azərbaycanla Belarus arasında bir sıra sənədlər imzalanıb


İlham Əliyev və Alyaksandr Lukashenka
İlham Əliyev və Alyaksandr Lukashenka
Noyabrın 21-də Bakıda Azərbaycan və Belarus prezidentlərinin görüşündən sonra
daha geniş tərkibdə görüş keçirilib və sonda tərəflər arasında bir sıra sənədlər imzalanıb.

Bura təhsil, xarici işlər, standartlaşdırma, metrologiya və sertifikasiya , pensiya təminatı ,vergi qanunvericiliyi və qarşılıqlı yardım sahələrində saziş və protokollar daxildir.

Aleksandr Lukaşenkonun səfəri çərçivəsində həmçinin iki ölkə arasında şəhərlərarası əməkdaşlıq, çirkli pullar və digər qanunsuz əmlakların leqallaşdırılması, habelə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və digər sahələrdə 5 sənəd imzalanıb.

Prezidentlər imza mərasimindən sonra birgə bəyanatla çıxış ediblər.
XS
SM
MD
LG