Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:50

NİDA-çıların məhkəməsinə həkim çağırılıb


-
Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində 7 NİDA-çı gəncin və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmə başlamazdan əvvəl Bəxtiyar Əzizov üçün həkim çağırılıb. Onun çənəsində də sağrı vardı.

Məhkəmədə əvvəlcə ittiham olunanların vəkili Xalid Bağırov vəsatətlə çıxış edib. Bildirib ki, İlkin Rüstəmzadənin həbs müddəti noyabrın 17-də bitib:

«İlkin Rüstəmzadə bu müddət ərzində qanunsuz saxlanıb. Avropa Məhkəməsinin qərarlarında məhkəmə ilə müəyyən olunmuş həbs müddəti bitəndən sonra şəxsi həbsdə saxlamaq qanunsuzdur. İlkin Rüstəmzadə elə buradan azadlığa buraxılmalıdır».

Vəkil daha bir vəsatətlə çıxış edib. Bildirib ki, müttəhimlər məhkəmə salonunda saxlandıqları dəmir barmaqlıqlar arasından çıxarılmalıdır:

«Norveçdə 77 nəfərin ölümünə səbəb olan Breivik məhkəmədə vəkilinin yanında otururdu. Nədə ittiham olunduqları bilinməyən bu gənclər qəfəsdə saxlanır. Bu, qanunsuzdur».

Vəkilin ardından dövlət ittihamçısı çıxış edib. O, ötən və bugünkü məhkəmədə qaldırılan vəsatətlərə münasibətini bildirib. Dövlət ittihamçısı Şahin Novruzlunun evində axtarış aparılmasının qanunsuz olması, vəkilsiz ifadə vermələri ilə bağlı qaldırılan vəsatəti əsassız hesab edib.

Məhkəmə davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG