Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:51

Lukashenko Bakıya getməsin, hara getsin?


Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və prezidentlərin təkbətək görüşü keçirilib. Görüşdə qeyd olunub ki, Azərbaycanla Belarus arasında siyasi, iqtisadi, mədəni, humanitar əlaqələr dinamik inkişaf edir və bunların genişlənməsinə yaxşı imkanlar var.

Rəsmi məlumatalara görə, “görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb”.

Belarus prezidenti Lukashenko Bakıya niyə belə tez-tez gəlir? Onun səfəri haqda ümumi məlumatların arxasında nə durur?

Suallarımıza Azadlıq Radiosunun Belarus xidmətinin şərhçisi Valery Kalinovski cavab verir:

Kalinovski: Azərbaycan prezidenti İlham Əliyev də Minskdə tez-tez qonaq olur. İkincisi, MDB ölkələrinin Lukashenko kimi dövlət başçılıarı praktiki olaraq Qərb ölkələrinə gedə bilmirlər, Lukashenkonu , məsələn, Avropa Birliyi ölkələri görmək istəmir. Ona görə Lukashenko məcburdur ya Asiya ölkələrinə getsin – Çinə, Vyetnama ya da MDB ölkələrinə, o cümlədən Azərbaycana.

Azadlıq Radiosu: Bəs Lukashenkonu Azərbaycana belə meyilli edən nədir?

Kalinovski: Lükashenkonun İlham Əliyevlə müəyyən şəxsi münasibətləri, özü də yaxşı münasibətləri yaranıb. Qaza görə Belarus Rusiyaya təcili olaraq pul ödəməli olanda, İlham Əliyev bir günün içində Belarusa 200 milyon dollar verdi. Yəqin, Lukashenko belə münasibətləri qoruyur ki, birdən sabahısı yenə oxşar problemlər çıxar.

Azadlıq Radiosu: Əvəzində Azərbaycan Belarusdan nəsə qazanırmı? Məsələn, Azərbaycanın Belarusda fəallığı – biznes, investisiya fəallığı artırmı?

Kalinovski: Belarusda xarici investisiyalar çox azdır. Bir neçə cəhd olub ki, Belarusda nəsə alsınlar, bu cəhdləri də Rusiya edib. Ona görə demək ki, Azərbaycan Belarusda fəallaşıb, yox, bu, belə deyil. Bundan başqa, Belarusda iqtisadiyyat o qədər qapalıdır ki, kimin nə ilə məşğul olduğu cəmiyyətə məlum deyil.

Minskdə Bayraq Meydanının açılışı, iyul, 2013
Minskdə Bayraq Meydanının açılışı, iyul, 2013

Azadlıq Radiosu: Bəzən Azərbaycanla Belarusu müqayisə edirlər, bəs Sizin fikrinizcə, Belarusla Azərbaycanın oxşar cəhətləri çoxdurmu?

Kalinovski: 3 il qabaq Bakıda böyük bir saray tikdilər. Dünyanın ən hündür bayrağını qoydulıar. Lukashenko bunları gördü, xoşuna gəldi, indi onun özü Belarusda belə bir saray tikib, başa çatdırıb və dalınca dünyanın ən hündür bayrağını ucaltdı. Yəni, belə qəribə oxşarlıqlar var. Lukashenko Bakıda gördüklərinin detallarına qədər üzünü köçürür.

Azadlıq Radiosu: Belarusla Azərbaycanı başqa nələr yaxınlaşdırır?

Kalinovski: Hər iki ölkənin təkcə prezidentləri yox, müxalifətləri də çox yaxındır. Müxalifətçilər arasında çox gözəl münasibətlər var. Çünki hər iki müxalifət oxşar şəraitdə çalışır. Hər iki hakimiyyət müxalif fikrə münasibətdə demək olar ki, eynidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG