Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:55

Avropa Birliyi Qarabağ danışıqlarının bərpasını alqışlayır


-
Avropa Birliyi Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları davam etdirməsini və prezidentlərin yaxın aylarda yenidən görüşmək qərarını alqışlayır.

Bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Catherine Ashton-un mətbuat xidmətinin açıqlamasında deyilir:

«Avropa Birliyi ATƏT-in Minsk qrupu çərçivəsində qarşılıqlı etimadın qurulmasına yardım etməklə Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üçün edilənlərə öz töhfəsini verməyə hazırdır».

İlham Əliyev və Serzh Sargsyan iki illik fasilədən sonra noyabrın 19-da Vyanada görüşüblər.
XS
SM
MD
LG