Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59

Bakıda İsrail səfirliyinə hücum cəhdinə görə İran vətəndaşı tutulub



Hasan Faraji adlı İran vətəndaşı İsrailin Bakıdakı səfirliyinə hücum ittihamı ilə saxlanıb. “The Jerusalem Post” qəzetinin yazdığına görə o, iki həftə əvvəl saxlanaraq barədəsində 30 günlük həbs qərarı çıxarılıb.

İsrail mediasının yazdığına görə 31 yaşlı Faraji İranın İnqilab Qvardiyasının tərkibindəki xüsusi hazırlanmış Qüds Qüvvələri birliyinin əsgəridir. Və birliyin funksiyalarından biri də xarici ölkələrdə israil obyektlərinə qarşı terror hücumları hazırlayıb həyata keçirməkdir.

“The Jerusalem Post” qəzeti yazır: “Farajinin yaşadığı evdə axtarış aparan Azərbaycan polisi onun İsrailin Bakıdakı səfirliyinə silsilə terror hücumları təşkil etməyə çalışdığını sübut edən fotolar və planlar aşkar edib. Amma İran mediası Azərbaycan hakimiyyətini ittiham edir ki, işgəncələrlə Farajini-dən etmədiyi əməllər barədə ifadə alır.

Azərbaycanın Daxili İşlər Nazirliyinin sözçüsü Sadiq Gözəlov isə APA informasiya agentliyinə müsahibəsində İran mediasının bu məlumatlarını əsassızadlandırıb. Sözçü deyib ki, Hasan Faraji nə saxlanma şəraitindən, nə də onunla davranışdan hər hansı şikayət etməyib, onun şərəf və ləyaqətinə toxuna biləcək hər hansı zorakılıq əməli törədilməyib.”

Azərbaycanda tez-tez İsrailin obyektlərinə hücum planlaşdırması ittihamı ilə iran vətəndaşlarının saxlanması barədə məlumatlar yayılıb.

Keçən il də Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi İranın xüsusi xidmət orqanı olan "Sepah"ın və “Hizbullah”ın Azərbaycanda yaratdığı terror dəstəsinin zərərsizləşdirdiyi barədə xəbər yaymış, bununla da iki ölkə arasında münasibətlər kəskin pisləşmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG