Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:09
Gəncədə müşahidə kamerası olan müasir liftlərin quraşdırılmasına başlanılıb
Artıq 28 lift yenisi ilə əvəzlənib.

Bu barədə Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinin rəis müavini Ədalət Məmmədov məlumat verib. Bildirib ki, ümumilikdə Gəncə şəhərində istismar müddətini başa vurmuş 80 lift yenilənəcək. Digərlərində isə cari təmir işləri aparılacaq.

Müasir liftlər ilk olaraq Yeni Gəncə yaşayış massivindəki hündürmərtəbəlilərə quraşdırılır.

Ədalət Məmmədov deyir ki, liftlər hamısı quraşdırılandan sonra texniki baxışdan keçib sonra istifadəyə veriləcək. Yeni liftlərin saxtalarında müşahidə kameraları da olacaq ki, hansısa problem olarsa müvafiq düyməni basaraq canlı şəkildə 24 saat ərzində dispetçerlə əlaqə yarada biləcəklər.

Türkiyə və Almaniyanın birgə istehsalı olan bu liftlərin mühərrikinin sıradan çıxma ehtimalı sıfıra bərabərdir.
XS
SM
MD
LG