Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18
-
Pakistanlı təhsil aktivisti Malala Yousafzai Avropa Parlamentində Sakharov 2013 mükafatını alıb.

O bu mükafatı “böyük şərəf” adlandırıb. Bildirib ki, bu mükafat onun təhsil sahəsində səylərini daha da artırmağa təşviq edəcək.

16 yaşlı Malala bütün uşaqların təhsil alma haqları uğrunda mübarizəsinə görə oktyabr ayında mükafata layiq görülüb.

Pakistanda gənc qızların təhsil ala bilməsi uğrunda mübarizə aparan 16 yaşlı Yousafzai bu il Avropa Parlamentindən Saxarov insan haqları mükafatını aldı və Nobel sülh mükafatına namizəd idi.

2012-ci ildə Malala məktəbə gedərkən başından güllə ilə vurulmuşdu və Britaniyada müalicə olunub. Taliban onu öldürəcəyi ilə hədələyir.

Sakharov mükafatı hər il təqdim edilir. Sakharov mükafatı Sovet alimi, 1975-ci ildə Nobel Barış mükafatının sahibi Andrei Dmitrievich Sakharovun adına təsis edilib.

Bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən insan haqlarını müdafiə edənlərə verilir.
XS
SM
MD
LG