Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:37

Təhsil nazirliyi müəllimlər üçün vakant yerlər elan edir


Təhsil nazirliyi keçid balını toplayıb işə qəbul olunmayan müəllimlər üçün ümumtəhsil məktəblərindəki yeni vakant yerlər elan edir.

Bu barədə noyabrın 20-də nazirliyin internet səhifəsində məlumat verilib. Məlumata görə, namizədlər noyabrın 22-dən 26-a qədər nazirliyinin internet saytındakı “müəllimlərin işə qəbulu” banerindən “şəxsi səhifə”yə daxil olmaqla (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçə və təsdiqləyə bilərlər.

Vakant yerlərin seçimi noyabrın 26-sı saat 18:00-da başa çatacaq. Vakant yer tutan namizədlər müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG