Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:25

Paytaxtın bəzi küçələri nəqliyyata qapalıdır


Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya bildirib ki, noyabrın 21-dən 24-dək paytaxtın Mikayıl Useynov, Qurban Abbasov, Aqil Quliyev, Aydın Nəsirov, Əhməd Yaqubov, Əlibəyov Qardaşları, Aydın Məmmədov və Əli Nəzmi küçələri istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşdırılmalar Səbail rayonu ərazisində GT3 avtomobil yarışının başlanması ilə əlaqədardır.

Dünya avtomobil yarışında Fransa, İtaliya, İspaniya, Almaniya və s. ölkələr qatılacaq. Bu ölkələrdən olan 13 komandanın tərkibində 30-dan artıq avtomobil yarışacaq.

Avtomobillər bir neçə dəfə dövrə vuraraq təyin edilmiş 8 km-lik marşrut boyu hərəkət edəcək. Beynəlxalq yarışı dünyanın müxtəlif ölkələrində 165 televiziya canlı yayımlayacaq. Bu da 3 milyard tamaşaçı auditoriyası deməkdir.

Tədbir çərçivəsində 13 ədəd “Formula 1” tipli yarış avtomobilləri şou nümayiş etdirəcək. Yarış avtomobilləri Bayraq Meydanının qarşısından start götürəcək.

Yarışı izləmək istəyən 13 minədək tamaşaçının xüsusi avtobuslarla bir neçə məntəqədən daşınması və quraşdırılmış 3 tribunada yerləşdirilməsi nəzərdə tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinin, sürücülərin nəzərinə çatdırır ki, yarış keçiriləcək istiqamətlərdə nəqliyyat sıxlığının, tıxacların, yol-qəza hadisələrinin baş verməməsi üçün şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Bu müddətdə bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yoldan istifadə ediləcək. 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, "20-ci Sahə" dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət nəzərdə tutulub.

Paytaxtın Neftçilər prospekti - Azneft dairəsindən Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG