Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

Xarici İşlər Nazirliyi İranla sərhəddə yaranmış problemə münasibət bildirib


Elman Abdullayev

Elman Abdullayev

“İki ölkə arasında yaranan sərhəd probleminin tezliklə aradan qaldırılmasının tərəfdarıyıq və hər iki tərəf buna səy göstərir”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev “Media forum” saytına Azərbaycan-İran sərhədində yaranmış vəziyyəti şərh edərkən deyib. O qarşıdakı görüşlərdə bu məsələnin müzakirə ediləcəyini və bu cür halların təkrarlanmaması üçün hər iki tərəfin lazımi səylər göstərəcəyini bildirib.

İran tərəfinin 2 ölkə arasında memorandum imzalanması təklifinə gəldikdə isə o bunları deyib:“Ölkələr arasında hansısa addım qarşılıqlı razılaşma əsasında olmalıdır”.

Noyabrın 7-dən İran-Azərbaycan sərhədindəki keçid məntəqələri bağlanıb. İndi gediş-gəliş bərpa olunsa da, məhdudiyyətlər var.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin açıqlamasına görə, Tehran sərhəd məsələlərinin tənzimlənməsi üçün iki ölkə arasında xüsusi sənəd imzalanmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG