Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:53

Moskvada azərbaycanlı dini xadimi qətlə yetirənlərə hökm oxunub


Mətin Mehtiyev
Mətin Mehtiyev
Moskva məhkəməsində ötən il Moskvada azərbaycanlı dini xadim Mətin Mehtiyevi qətlə yetirən 3 nəfərə hökm oxunub.

Rusiyanın İstintaq Komitəsi onların qətl və qarətdə təqsirli bilinərək 7 ildən 16 ilədək azadlıqdan məhrum edildiklərini bildirir.

Mətin Mehtiyev 2012-ci ilin aprelində Metro stansiyası yaxınlığında bıçaqlanıb və az sonra xəstəxanada keçinib.Hücum edənlər həmin ilin iyulunda həbs olunublar.

Onlardan 2-si həmin qətlədən sonra Moskvada daha bir nəfəri qətlə yetiriblər.

Qeyd edək ki, 33 yaşlı Mətin Mehtiyev Rusiya İslam Mədəniyyət Mərkəzinin beynəlxalq şöbəsinin rəhbəri idi.
XS
SM
MD
LG