Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

«Onlar nəyəsə nail ola biləcək adamlar deyil» (Yerevandan reaksiyalar)


Separatçı rejimin "xarici işlər naziri" Karen Mirzoyan, 2013

Separatçı rejimin "xarici işlər naziri" Karen Mirzoyan, 2013

-

“TAMFORMATLI DANIŞIQLAR”

Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər nazirliyi” bəyan edib ki, Əliyevlə Sarkisyanın uzun fasilədən sonra Vyanada baş tutmuş görüşü münaqişənin sülh yolu ilə nizamlamlanması prosesinin fəallaşması baxımından mühümdür və problemin dinc yolla həllinə alternativ olmadığını göstərir:

“Bununla belə, bir məsələni də qeyd etməyi vacib sayırıq ki, nizamlanma prosesində əsl irəliləyişə nail olunması yalnız hazırkı reallıqların nəzərə alınması, tamformatlı danışıqların bərpası, yəni prosesin bütün mərhələlərində Dağlıq Qarabağ Respublikasının iştirakı şərtilə mümkündür”. (Regnum.ru)

“ONLAR NƏYƏSƏ NAİL OLA BİLƏCƏK ADAMLAR DEYİL”

Ermənistandaki “Qafqaz” Universitetinin direktor müavini Sergey Minasyan deyir ki, prezidentlərin uzun fasilədən sonra görüşməsi özü-özlüyündə müsbət hal olsa da, ondan çox şey gözləmək mümkün deyil:

"Yəqin ki, yaxın bir neçə ildə tərəflərin mövqeyi bir-birinə daban-dabana zidd olacaq. İndi kompromis yalnız bir məsələdə mümkündür, bu da status-kvonun qorunmasıdır. Bu, münaqişə tərəflərini qane edir. Bu bir tərəfdən danışıqların davam etməsi, digər tərəfdən atəşkəsin qorunmasıdır”.
Sergey Minasian

Sergey Minasian


("Кавказский узел")

“GÖRÜŞ XATİRİNƏ GÖRÜŞ”

“Azadliq və demokratiya” təşkilatının rəhbəri Qaqik Avakyan da prezidentlərin 19 noyabr görüşündən nəzərəçarpacaq irəliləyiş gözləmirmiş:

“Mənim fikrimcə, bu, görüş xatirinə görüş idi. Qarşıya nəyisə dəyişmək kimi məqsəd qoyulmamışdı. Sadəcə, göstərmək lazım idi ki, danışıqlar davam edir. Bunu da elədilər. Hesab edirəm ki, prezidentlərin heç biri bu məsələdə nəyisə həll edə biləcək adam deyil”.

("Кавказский узел")

“KOMPROMİSƏ MARAQ YOXDUR”

Rusiyalı ekspert Aleksandr Skakov da status-kvonun tərəflərə sərf etdiyi fikrindədir. O, PanARMENIAN.Net-ə deyib ki, “nə Gömrük İttifaqına qoşulmaq qərarından sonra Rusiyadan bəzi təminatlar almış Ermənistan, nə də prezident seçkilərini hər hansı ciddi iğtişaşsız başa vuran Azərbaycan qarşılıqlı güzəştlərə xüsusi maraq göstərmirlər”.

Bundan başqa ekspertin fikrincə, Minsk qrupunun həmsədri olan ölkələrin gündəmində də Qarabağ məsələsi ilk yerdə deyil. Ona görə də hazırda sülh danışıqlarında sıçrayış mümkün deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG