Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:11

Bakıda Belarus səfirliyinin yeni binasının açılışı olub


-
Noyabrın 20-də Bakıda Belarus Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Alexander Lukashenko mərasimdə iştirak ediblər.

Səfirliyin binasının inşasına 2012-ci ilin iyununda başlanıb. Dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcək. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa edilib.

Prezidentlər səfirliyin binasında yaradılmış şəraitlə tanış olublar. Sonra dövlət başçıları səfirliyin həyətində ağac əkiblər.

Daha sonra İlham Əliyev və Alexander Lukaşenko Gəncə avtomobil zavodu ilə Belarusun traktor və avtomobil zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış olublar.
XS
SM
MD
LG