Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:03
-
İran Culfa keçid məntəqəsindən 30 tondan ağır yük maşınlarının keçidinə qadağa qoyduğundan Naxçıvana yanacaq alternativ yolla daşınacaq. Bu haqda AzadlıqRadiosuna yük maşınlarının sürücüləri məlumat verib. Onların sözlərinə görə, noyabrın 20-dən etibarən Bakıdan gələn yanacaq Gürcüstan ərazisindən keçərək, Türkiyə vasitəsi ilə Naxçıvana daşınacaq. Sürücü Faiq Həsənov deyir ki, onlar artıq Gürcüstan istiqamətinə yola düşüblər:
“İran tərəfi 30 tondan yuxarı maşınları buraxmırdı deyə neçə gündür Biləsuvarda gözləyirdik. Bizim maşınlar 40 tondan yuxarı yük götürür. Az aparmaq da sərf eləmir. Ona görə də gözləyirdik. Dünən qərara gəliblər ki, Gürcüstan yolu ilə Türkiyəyə, oradan da Naxçıvana keçək. Bu yol uzaq olsa da başqa əlacımız yoxdur”.
Bir neçə gündür ki, İran tərəfi Culfa keçid məntəqəsindən 30 tondan artıq yük maşınlarının keçməsinə qadağa qoyub. Verilən məlumatlara görə, onlar bunu keçid məntəqəsindəki körpünün köhnəldiyi, ağır yükə tap gətirə bilməyəcəyi ilə əlaqələndirirdilər.
XS
SM
MD
LG