Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:41

İçərişəhər «İtalian Heritage Award» mükafatı qazanıb


İtalian Heritage Award
İtalian Heritage Award
-
Azərbaycan «Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması» nominasiyasında «Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə» nüfuzlu beynəlxalq mükafata - «İtalian Heritage Award»-a layiq görülüb.

«İtalian Heritage Award» mükafatı 26 nominasiyada- restavrasiya, heykəltaraşlıq, mədəniyyət, incəsənət, muzey işi, arxeologiya və digər sahələrdə təqdim edilir.

Bu ilki müsabiqəyə 400-ə yaxın iştirakçının layihəsi təqdim oluub.

Bu layihələri 9 ay ərzində 25 nəfərlik münsiflər heyəti nəzərdən keçirib.

Xəbərdə bildirilir ki, UNESKO-nun «Dünya İrsi Siyahısı»na daxil edilmiş İçərişəhərə 2000-ci ildə baş vermiş zəlzələnin vurduğu zərərin aradan qaldırılması istiqamətində hökumətin səyləri münsiflərin diqqətini cəlb edib.

İçərişəhərin 2009-cu ildə «Təhlükədə olan Dünya İrsi» siyahısından çıxarılması da xüsusi vurğulanıb.

Artıq mükafat Azərbaycanın İtaliyadakı səfirliyi vasitəsilə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG