Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:09

ABŞ senatoru bıçaqlanıb


-
Virginia ştatının senatoru Creigh Deeds evində bıçaqlanıb. Sinəsindən bıçaq yarası alan senator ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Daha sonra evdən senatorun 24 yaşlı oğlunun meyiti də tapılıb. Onun güllə yarasından öldüyü bildirilir.
Polis baş verənlərlə bağlı hələlik heç kimin axtarılmadığını bildirir.
Ehtimal olunur ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Məlumatlara görə, bıçaq zərbələri almasına baxmayaraq Deeds küçəyə çıxmağı bacarıb və təsadüfən həmin vaxt öz avtomobili ilə yoldan keçən qohumu onu maşınına mindirib. Elə həmin qohumunun evindən də polisə və təcili yardıma müraciət olunub.
Senatorun ölən oğlu 2007-ci ildə Virginia ştatındakı kolleclərin birində musiqi fakültəsində oxuyurmuş. Onun ötən il təhsili atdığı bildirilir.
Deeds 2009-cu ildə ştat qubernatorluğuna namizədliyini irəli sürəndə oğlu onun seçki kampaniyasında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG