Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13
Bu gün Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamına məxsus “Ailə ocağı” adlı restorana basqın olub.

Restoranın sahibi Mehdi Cəfərovun APA-ya verdiyi məlumata görə, insident bu gün səhər yerli vaxtla saat 7 radələrində baş verib.Daş və dəyənəklərlə silahlanmış 10-15 nəfər restoranı tamam dağıdıb, qarət ediblər. İş adamının sözlərinə görə maskalı adamlar onun tezliklə buradan getməsini tələb ediblər.

Mehdi Cəfərov polisə çağrıldığını və orda ifadə verdiyini deyir.

Onun sözlərinə görə, hücum edənlərin milliyyətcə rus olduqları ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG