Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:09
-
MEA Əlyazmalar İnstitutu orta əsrlər ədəbiyyat tarixinə dair 3 dəyərli mənbənin əlyazmasının surətini əldə edib.

İnstitutdan AzadlıqRadiosuna verilən xəbərə görə, birinci əlyazma Mürtəzaqulu Sultan Şamlunun divanıdır.

Mürtəzaqulu Sultan Şamlunun farsca divanının surəti Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından əldə edilib.

Mürtəzaqulu xan Səfəvi hökmdarı Şah Süley¬man taxta çıxarkən (1666) qorçubaşı, daha sonra Qum şəhərinin hakimi təyin edilib. Təxminən 1693-cü ildə vəfat edib.

Şikəstə-nəstəliq xəttinin yaradıcısıdır. Mürtəzaqulu Sultan şeirdə böyük mütəfəkkir şair Saib Təbrizinin davamçısı olub, onlar bir-birinin şeirlərinə nəzirələr yazıb.

Saib «Səfinə» adlı cüngünə onun da şeirlərini daxil edib. Divanın sonunda şairin anadilli şeirləri də var.

İkinci əlyazma Nəşə Təbrizinindir. Təbrizinin farsca divanı İstanbulun Topqapı Sarayı Muzeyindən əldə edilib.

XVII əsrin ikinci yarısı – XVIII əsrin birinci yarısında, Nadir şah Əfşarın hakimiyyəti dövründə yaşayıb-yaratmış Nəşə Təbrizi dövrünün görkəmli alim və sənətkarlarından, Saib Təbrizi ədəbi məktəbinin davamçılarından olub.

Nəşə Təbrizi təxminən 1774-cü ildə vəfat edib.

O, Nadir şahın sifarişi ilə Nəcəf şəhərində Həzrət Əlinin qızıla tutulmuş məzar qübbəsinə Azərbaycan dilində bir maddeyi-tarix yazıb.

Nəşə Təbrizi divanında da onun ana dilində şeirləri yer alıb.

Üçüncü əlyazma Əbdürrəzzaq Dünbülinin «Nigaristani-Dara» əsəridir.

Bu dəyərli mənbə Tehran Universiteti Kitabxanasında saxlanır.

Əlyazması 327 vərəq olan bu əsərin yalnız kiçik bir hissəsi indiyədək İranda nəşr edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG