Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:24

Berlin Filarmoniyasının kvinteti ilk dəfə Bakıda konsert verəcək


-
Noyabrın 23-də Berlin Filarmoniyasının nəfəsli alətlər kvinteti ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Heydər Əliyev Mərkəzinə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, konsert mərkəzin «Mədəniyyətin inkişafına dəstək, dünya incəsənət nümunələrinin Azərbaycanda təbliği» layihəsi çərçivəsində təşkil olunacaq.

Klassik musiqi gecəsində dünya şöhrətli bəstəkarlar Mozart, Anton Reixa, Dalius Milhaud və Carl Nielse-nin əsərləri səslənəcək.

Berlin Filarmoniyasının nəfəsli alətlər kvinteti 1988-ci ildə yaradılıb və filarmoniyanın tarixində təsis olunmuş ilk daimi kvintetdir.
XS
SM
MD
LG