Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42
-
“Qaynar xətt”ə zəng vuran Bakı sakini Saleh Quliyev 4 ildir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində aldığı 10 sot torpaq sahəsinə “çıxarış” verilməməsindən şikayət edib. Onun sözlərinə görə, hər dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə gedəndə ondan aşkar şəkildə rüşvət istəyirlər:

MƏN Kİ, QANUNSUZ İŞ GÖRMÜRƏM

“Əvvəl 2 min manat istədilər, sonra məbləği 1500-ə, sonra da 1000 manata endirdilər. Mən isə bildirdim ki, dövlət rüsumundan əlavə 1 qəpik də ödəyən deyiləm. Axı niyə də rüşvət verməliyəm? Mən ki, qanunsuz iş görmürəm. Sənədli, qanuni torpağa “çıxarış” almaq istəyirəm.

Bütün sənədləri də təqdim etmişəm. Mənim sənədlərimdə bir çatışmazlıq olsaydı, rüşvətin məbləğini qaldırardılar, endirməzdilər. Bir var, özün şirinlik verəsən, bir də var adamın üzünə dirəşsinlər ki, yox, pulu verməsən, sənəd görməyəcəksən. 4 ildə şəkər, əsəb xəstəlikləri də tapdım. O torpağa da, əlimdəki sənədlərə də od vurub yandıraram, ancaq qanuni işə görə bir qəpik də rüşvət vermərəm”.

Saleh Quliyevin deməsinə görə, 4 il idarənin yollarında qalmasının səbəbi də bu inadkarlığıdır:

“Onlar da məni bu get-gəllə başa salmağa çalışırlar ki, rüşvət verməkdə inadkarlıq edənə sənəd yoxdur. Əmlak Komitəsi tərəfindən özəlləşdirilmiş torpaqdır. Bir var bələdiyyə torpağı ola, bir də var elə Komitənin özəlləşdirdiyi torpaq. Yəni “çıxarış” vermələri üçün heç bir qaranlıq, aydınlaşdırılmalı məqam yoxdur”.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən “Qaynar xətt”ə bildirdilər ki, Saleh Quliyevin çıxarış sənədi almaq istədiyi torpaq sahəsində ölçü işləri aparmaq üçün dəfələrlə müraciət etsələr də, o, idarənin mühəndisinə bunun üçün şərait yaratmayıb.

Saleh Quliyev isə deyilənləri bəhanə adlandırır:

“Elə mənim özümə də bu məzmunda məktub göndəriblər. Ancaq nə vaxt gəldilər, nə vaxt ölçü aparmaq təklif etdilər, bunu xatırlamıram”.

Müsahibim yaxın vaxtlarda sənəd əldə edə bilməsə, məhkəməyə müraciət edəcəyini deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG