Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:36
Bu gün Beyrutdakı İran səfirliyində törədilən iki partlayışda azı 23 adam ölüb, 100-dən çox adam yaralanıb.Bu barədə Livanın səhiyyə nazirliyi məlumat verib.

İran səfiri Gazanfar Rokt Abadi bildirib ki,
səfirliyin mədəniyyət məsələləri üzrə attaşesi İbrahim Ansari də ölənlər arasındadır.

Məlumatlara görə hücumu 2 intiharçı törədib.Hücuma görə cavabdehliyi əl Qaidə ilə əlbir olan Abdulla Azzam qrupu üzərinə götürüb.

İran xarici işlər nazirliyinin rəsmisi isə bəyan edib ki, bunun arxasında İsrail durur.

İran səfirliyi şiə qrupu olan Hizbullahın əsas dayaq məntəqəsi sayılan rayonda yerləşir.Hizbullahla İran Suriya münaqişəsində prezident Bashar Assadın tərəfini saxlayır.Suriya rejiminə qarşı mübarizə aparan yaraqlıların bundan əvvəl bu rayona hücumlar etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG