Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Tanınmış fransız yazarın "Səmərqənd"i Bakıda!


-

“Qanun” nəşriyyatı Livan əsilli Fransız yazıçısı Amin Maalouf-un “Səmərqənd” romanını Azərbaycan dilində çap edib.

64 yaşlı Maalouf indiyəcən Avropanın bir sıra nüfuzlu mükafatlarına, o cümlədən “Goncourt” və “Prince of Asturias” ödüllərinə layiq görülüb.

O, 1949-cu ildə Livanda dünyaya göz açıb. 1976-cı ildən etibarən Parisdə yaşayır. Çox yaxşı tanıdığı Asiya və Aralıq dənizi bölgəsinin mif və əfsanələrini əsərlərində məharətlə qələmə alan Maalouf “Les Croisades vues par les Arabes” (“Xaç yürüşü ərəblərin gözü ilə”) (1983) adlı ilk kitabı ilə uğur qazandı və kitabın tərcümə edildiyi dillərin ölkələrində tanındı. 1986-cı ildə nəşr edilən və eyni ildə “Fransa-Ərəb dostluq mükafatı”nı alan ikinci kitabı (ilk romanı) “Leon l’Africain” (“Afrikalı Leo”) isə bu gün “klassik əsərlər” sırasında yer almaqdadır. Maalouf 1988-ci ildə yayımlanan “Samarcande” (“Səmərqənd”) əsəri də populyardır.

Fransızcadan tərcümə: Minə Candan Rauf qızı
Amin Maalouf

Amin Maalouf

Günün bütün mövzuları

XS
SM
MD
LG