Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:45

İran səfiri sərhəddə yaranmış problemlə bağlı təklifi açıqladı


-
«Sərhəddə yaranmış problemin yeganə həlli yolu artıq hazır olan yeni körpünün istifadəyə verilməsidir».

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Mediaforum saytına belə deyib.

Noyabrın 7-də İran Azərbaycanla bəzi sərhəd-keçid məntəqələrini bağlayıb. İki gün sonra buraxılış məntəqələrində piyada vətəndaşların gediş-gəlişi bərpa olunub. Biləsuvar sərhəd-keçid məntəqəsi noyabrın 15-də açılsa da, İran tərəfinə keçən yük maşınlarının yüklə birlikdə çəkisinə 30 ton məhdudiyyəti qoyulub.

Möhsün Pakayin deyib ki, məhdudiyyət Culfada Araz çayı üzərindəki körpünün köhnəlməsi ilə bağlıdır:

«İranın Culfa sərhəd məntəqəsində 30 tondan artıq yük maşınlarına tətbiq etdiyi məhdudiyyət bu körpünü qorumaq və onun dağılmasının qarşısını almaq məqsədi güdür. Bu məhdudiyyət Azərbaycan əhalisinin, xüsusilə də naxçıvanlıların xeyri üçündür. 30 tondan artıq çəkisi olan yük maşınları köhnə körpünün üstündən keçsə, körpü dağıla, naxçıvanlıların İranla, eləcə də Azərbaycanın qalan ərazisi ilə quru yolla əlaqəsi kəsilə bilər. Problemin yeganə və əsas həlli yolu artıq hazır olan yeni körpünün istifadəyə verilməsidir. Yeni körpünün istifadəyə verilməsi üçün iki ölkə arasında razılaşma imzalanmalıdır. Hazırda bu yöndə müzakirələr davam etdirilir».
XS
SM
MD
LG