Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:42
-
Bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşür.
Prezidentlər İlham ƏIiyev və Serzh Sarkisian Dağlıq Qarabağla bağlı münaqişənin nizamlanması barədə müzakirə aparırlar.
Danışıqlar ATƏTin Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilir.

Həmsədrlərin bu yaxınlarda regiona sonuncü səfərində prezidentlərin görüşü barədə razılıq əldə olunmuşdu.
ABŞ prezidenti Barack Obama bu ayın əvvəli İlham Əliyevə göndərdiyi məktubda görüş qərarını təqdirəlayiq sayıb.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünən Moskvada ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi brifinqdə görüşə ümidlə yanaşdıqlarını bildirib. O qeyd edib ki, təxminən son 2 ildə prezidentlərin ilk birbaşa görüşü danışıqların müsbət ab-havada bərpası və hər iki tərəfi qane edən razılaşma istiqamətində mühüm amildir.

AzadlıqRadiosunun müxbirləri bu gün Vyanadan birbaşa məlumatlar verəcəklər.
Minsk qrupuna ABŞ, Fransa və Rusiya həmsədrlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG