Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:12

Gəncədən gedən sürət qatarının marşurutu Qazağa qədər uzanacaq


Arxiv foto
Arxiv foto
-
Səbəb Bakı Qazax qatarının ləğv edilməsidir.
Gəncə şəhər Dəmiryol Vağzalının rəisi Məhəmməd Nəzirovun verdiyi məlumata görə, qatarın ləğv edilməsi Gəncədən Qazax istiqamətinə gediş tələbatını artıracaq. Bu səbəbdən hər gediş zamanı sürət qatarına 8 vaqon qoşulacaq.
Beləliklə bu ilin dekabrın 1-dən Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edilərək 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və “98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı” adlandırılacaq.
Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan axırıncı dəfə bu il noyabrın 30-da, Qazaxdan geriyə isə dekabrın 1-də yola düşəcək.
XS
SM
MD
LG