Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:06

Avropa Birliyinin rəsmiləri Ukraynanın statusunu müzakirə edir


Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri ayın sonunda Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Brüsseldə Ukraynanın statusunu müzakirə edirlər.

Ukrayna parlamenti sabah hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoshenkonun xaricdə müalicəsinə yol açan qanun layihəsi barədə qərar qəbul etməlidir.Bu məsələ Ukraynanın Avropa Birliyi ilə asosasiv saziş imzalamasında əsas şərtlərdən biridir.

Vilnüs sammitində tərəflər arasında belə bir saziş imzalanacağı gözlənilirdi.Amma hələlik məsələ son anadək uzanır.

Şərq Tərəfdaşlığı proqramında məqsəd keçmiş Sovet respublikalarını Avropa Birliyinə yaxınlaşdırmaqdır.

Qeyd edək ki, bu proqrama daxil olan Ermənistan Rusiyanın başçılıq etdiyi Vahid Gömrük İttifaqına qoşulacağını bəyan edib və gələn ilin fevralında belə bir müqavilə imzalamağa hazır olduğunu deyir.
XS
SM
MD
LG