Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:04

Milli Şurada həmsədrlik olsun, yoxsa sədrlik? [Video]


-

«İşdən Sonra» verilişində Milli Şurada həmsədrlik və sədrlik məsələsi müzakirə edilib.

«CƏMİL HƏSƏNLİNİN SƏDR OLMASI DAHA MÜNASİBDİR»

Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli Milli Şuranın yetərincə nüfuz qazandığını deyir:

«Biz hesab edirik ki, Milli Şura seçkidən üzüağ çıxıb, Azərbaycan cəmiyyətini fəallaşdıra bilib. Seçkidən sonra da uğurlu aksiyalar keçirib. Milli Şura qısa müddətdə müxalifət qüvvəsi kimi həm ölkədə, həm də beynəlxalq səviyyədə tanıdılıb. Bundan sonra da Milli Şuranın qalması müxalifətin, cəmiyyətin, Azərbaycanın maraqlarına uyğundur. Biz Milli Şuranın daha da güclənməsinə çalışacağıq...».

Mustafa Hacıbəyli Cəmil Həsənlinin sədrliyini məqsədəuyğun sayır:

«Seçkinin ən böyük uğurlarından biri Cəmil Həsənlinin teledebatlarda göstərdiyi performans oldu. Onun çıxışları ictimai rəyə çox ciddi təsir edə biləcək çıxışlardı. Cəmil Həsənli bu performansıyla hətta müxalifəti də təəccübləndirdi. Onun cəsur mövqeyi müxalifətin ümumi işinə çox böyük xallar gətirdi. Biz hesab edirik ki, bundan sonra da Cəmil Həsənlinin sədr olması daha münasibdir...».

«ÖLKƏDƏ OLMAYAN BİRİNİN SƏDR OLMAĞI GÜLÜNC GÖRÜNÜR»

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı həmsədrliyi uğursuz hesab edir:

«Məncə, əvvəlcə Milli Şuranın tərkibinə baxılmalıdır ki, kim qalıb, kim gedib. Struktur formalaşmalı, rəhbər orqanı olmalıdır. Həmsədrlik Milli Şuranın süqutuna səbəb ola bilər. Siyasilərin də quruma rəhbərliyi uğurlu deyil. Düşünürəm ki, sədr seçilməsi yaxşı olardı. Sədr ictimaiyyətin qəbul etdiyi bir şəxs olmalıdır. Teledebatlarda Cəmil Həsənli çox böyük nüfuz qazandı. Düşünürəm ki, o, sədr olarsa, yaxşı nəticə əldə etmək olar. Rüstəm İbrahimbəyova ziyalı kimi hörmətim var, ancaq onun sədrliyini istəməzdim. Ölkədə olmayan birinin sədr olmağı gülünc görünür...».

Şərhləri göstər

XS
SM
MD
LG