Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:54
-
Bu gün Tatarıstanda matəm günüdür.
Noyabrın 17-də Kazan hava limanında “Boing-737” sərnişin təyyarəsi qəzaya uğrayıb. Rəsmi məlumata görə, qəzada 50 nəfər həlak olub. Onlardan 44 nəfəri sərnişin, 6 nəfəri heyət üzvləri olub.
Təyyarə Moskvadan Rusiya Federasiyası daxilindəki Tatarıstanın paytaxtı Kazana sərnişin daşıyırmış. Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən təyyarə Moskva vaxtı ilə saat 19:25-də Kazan beynəlxalq hava limanına enərkən eniş zolağında qəzaya uğrayıb.
Rəsmi məlumata görə qəza nəticəsində təyyarədəkilərin hamısı həlak olub.
Rəsmilər bildirirlər ki, təyyarə iki dəfə enişə cəhd edib. İkinci cəhdində isə yerə çırpılaraq yanıb.
Heyət üzvlərinin 20 ildən çox iş təcrübəsi olub.
Həlak olanlar arasında Tatarıstan prezidenti Rustam Minnikhanovun oğlu İrek Minnikhanov, Rusiya Federal Təhlükəsizlik Bürosunun Tatarıstan idarəsinin rəhbəri Alexander Antonov da var.
Bu gün səhər məhkəmə tibb ekspertizası meyitlər üzərində tanınma keçirəcək.
Kazan aeroportu hələlik bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG