Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:22

Tatarıstanda təyyarə qəzası - həlak olan 50 nəfərdən biri prezidentin oğludur


Noyabrın 17-i axşam saatlarında Tatarıstanın paytaxtı Kazanda hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb. Rəsmilər qəzada 44-ü sərnişin, 6-ı təyyarə heyəti olmaqla 50 nəfərin həlak olduğunu bildirirlər.

Kazanda təyyarə qəzası

_Kazanda təyyarə qəzası


Həlak olanlar arasında Tatarıstan prezidenti Rustam Minnikhanov-un oğlu İrek Minnikhanov, və Rusiya Federal Təhlükəsizlik Bürosunun Tatarıstan idarəsinin rəhbəri Alexander Antonov da var.

Təyyarə Moskvadan Rusiya Federasiyası daxilindəki Tatarıstanın paytaxtı Kazana sərnişin daşıyırmış. Rusiyanın Fövqəladə Hallar Nazirliyi Tatarıstan Hava Yollarına aid olan Boeing 737 markalı təyyarənin mənzil başında hava limanına enərkən qəzaya uğradığını bildirir.

Rəsmi məlumata görə qəza nəticəsində təyyarədəkilərin hamısı həlak olub.

Rəsmilər bildirirlər ki, təyyarə iki dəfə enişə cəhd edib. İkinci cəhdində isə yerə çırpılaraq yanıb. Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil.

Rusiya prezidenti Vladimir Putin qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradılmasına göstəriş verib.
XS
SM
MD
LG