Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:36

Gənclər «Azadlıq» qəzetinə dəstək flashmobu keçirib


-
Noyabrın 17-də Azad Gənclik Təşkilatı «Azadlıq» qəzetinə dəstək flashmobu keçirib.
Gənclər Bakının Nəriman Nərimanov parkında «Azadlıq» qəzetinin ilk saylarını oxumaqla ətrafdakıların diqqətini çəkməyə çalışıblar.
Flahsmobu onlarla adam izləyib.
Azad Gənclik Təşkilatının idarə heyətinin üzvü Orxan Rüstəmzadə AzadlıqRadiosuna bildirib ki, «Azadlıq» qəzetinin son vaxtlar yaşadığı maliyyə sıxıntılarına görə belə bir dəstək flaşmobu keçirirlər.
Təşkilatın idarə heyətinin digər üzvü Xəyal Kərimli köhnə qəzetlərlə flashmob keçirməyin xüsusi maraq yaratdığını deyir: «Düşündük ki, qəzet, kitab flashmobları həmişə keçirilir, amma hər dəfə ötən dəfəkinin təkrarı kimi görünür. Flashmobu daha maraqlı etmək üçün «Azadlıq» qəzetinin ilk saylarından istifadə etməyi qərara aldıq. Gözlədiyimiz kimi maraqlı alındı. Parkda gəzən insanlar bizə yaxınlaşıb əlimizdəki qəzeti alıb oxumaq istəyirdilər».
AGT üzvləri bu kimi tədbirləri tez-tez keçirmək istədiklərini bildirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG