Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:38

Fransa parlamenti fahişələrlə bağlı qanunu müzakirə edəcək


-
Fransanın onlarla tanınmış adamı fahişələrin müştərilərini cəzalandırmaqla bağlı təklifin əleyhinə imza toplayıblar.
Fransa parlamenti gələn həftə hakim Sosialist Partiyasının müvafiq qanuna təklif etdiyi əlavə və dəyişikliyə baxacaq. Təklif müəllifləri istəyirlər ki, fahişələrin müştəriləri inzibati məsuliyyətə cəlb olunsun və 1500 avro cərimə edilsin.
Şənbə günü Fransa mətbuatında yayılmış bəyanatda deyilir: «Biz bədənini satanlara və onların xidmətlərindən istifadə edənlərə cəza verilməsi rədd edirik».
Bəyanatı təxminən 60 tanınmış şəxs imzalayıb. Onların arasında müğənni Charles Aznavour, aktrisa Catherine Deneuve və rejissor Claude Lanzmann da var.
Fransada fahişəlik qeyri-qanuni sayılmır. Amma insan alveri, fahişələrə müştəri tapan adamlara və ictimai yerlərdə seks biznesinə qarşı qanunvericilk mövcuddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG