Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:59

İlham Əliyevin Ukraynaya gedib


-
Noyabrın 17-də Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri başlayıb.
Bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.
İki prezident arasında ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, prioritet sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, energetika, infrastruktur və hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Səfər çərçivəsində Ukrayna və Azərbaycan prezidentləri Şurasının IV iclası da keçiriləcək. Bu tədbir ikitərəfli strateji əlaqələrin praqmatik məzmunla daha da doldurulması məqsədi daşıyır. İclasın yekunları ilə bağlı protokolun imzalanması da planlaşdırılır.
Bundan başqa, iki dövlət arasında xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar və regionlararası sahələrdə qarşılıqlı əməkdaşlığa dair sazişlərin imzalanması planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG