Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30

Giorgi Margvelashvili Gürcüstan prezidenti kimi and içdi


Giorgi Margvelashvili

Giorgi Margvelashvili


Noyabrın 17-də Tbilisidə Giorgi Margvelashvilinin andiçmə mərasimi keçirilib.

Margvelashvili “Gürcü arzu”su koalisiyasının namizədidir.

44 yaşlı, filosof və keçmiş universitet rektoru 5 il prezident olacaq.

Andiçmə mərasimində 50-dən çox xarici ölkənin nümayəndə heyəti iştirak edib.

Gürcüstana son 10 ildə Mikhail Saakashvili rəhbərlik edib. O, hakimiyyətə “qızılgül inqilabı” nəticəsində gəlmişdi. Mikhail Saakashvili dönəmi korrupsiya ilə mübarizə, demokratik islahatlarla xatırlanır.

Yeni prezident Margvelashvili vəd verib ki, əsasən qərbyönümlü siyasət həyata keçiriəcək, amma o, Rusiya ilə əlaqələrin bərpasını da vacib sayır.

Keçmiş prezident Saakashvili andiçmə mərasiminə qatılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG