Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:10

"Qorxma mən səninləyəm - 1919" filminin təqdimatı keçirilib


"Qorxma mən səninləyəm-1919"
"Qorxma mən səninləyəm-1919"
-
Noyabrın 15 də Heydər Əliyev sarayında "Qorxma mən səninləyəm -1919" filminin premyerası keçirilib. Təqdimat mərasimində Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Azu Əliyeva da iştirak edib.

1981-ci ildə lentə alınmış "Qorxma mən səninləyəm" filminin davamı olan bu ekran əsəri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalıdır.

Çəkilişinə 2011-ci ildə start verilən filmin quruluşçu rejissoru və ssenarisi Yuli Qusmandır.

Fimdə rusiyalı aktyorlardan Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov da iştirak edib.

Filmdəki hadisələr Azərbaycanda Demokratik Cümhuriyyətin qurulması ərəfəsində baş verir. Məhəbbət mövzusunun da yer aldığı əsərdə iki sevən gəncin atası deputat kimi təqdim olunub. Polad Bülbüloğlu bəstəkar- deputat, Bəhram Bağırzadə isə quldur- deputat obrazını canlandırıb.

Təqdimat mərasimində Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev prezident İlham Əliyevin sərəncamı ilə Yuli Qusmana şərəf ordeni təqdim edib.
XS
SM
MD
LG