Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:36

Qol saatına görə istefa verdi


-
Polşada qanunu pozmaqda şübhəli bilinən nəqliyyat naziri Sławomir Nowak istefaya gedib.

Ölkə prokurorluğunun məlumatına görə, çox ehtimal ki, nazir vergi bəyannaməsində 6600 manat dəyəri olan qol saatı barədə məlumat göstərməyi unudub.

Sławomir Nowak-ın ərizəsini qəbul edən baş nazir Donald Tusk deyib ki, araşdırmalar nazirin günahsızlığını üzə çıxarsa, o, həmkarının yenidən hökumətə qayıtmasına şad olardı.

Bu hadisə Donald Tusk-un rəhbərlik etdiyi «Vətəndaş Platforması» Partiyası üçün növbəti xoşagəlməz hadisə sayılır.

Bundan əvvəl partiyanın yüksəkçinli üzvləri dövlət qulluqçusu etikasını pozmada və sui-istifadə də günahlandırılıblar.

«Vətəndaş Platforması» 2015-ci ildə seçkilərə hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG