Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:45

Nəqliyyat Nazirliyi İsveçrədən 30 vaqon alır [Video]


-
Nəqliyyat Nazirliyi İsveçrənin elektrik qatarları istehsal edən «Stadler Rail AG» şirkəti ilə 30 vaqonun alınmasına dair müqavilə imzalayacaq.

Trend-in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov deyib:

«Yeni vaqonların alınması üzrə danışıqlar artıq başa çatıb. Ümid edirik ki, bu şirkətlə əsas müqavilə yaxın vaxtlarda imzalanacaq. Həmin şirkətin sərnişin vaqonları müasirdir və bütün dünya standartlarına cavab verir».

Yeni vaqonlardan Bakı-Tbilisi-Qars dəmiryolunda sərnişindaşıma üçün istifadə olunacaq.

Ziya Məmmədov, həmçinin, adıçəkilən şirkətin Azərbaycanda zavod tikməsi barədə razılıq əldə edildiyini bildirib.

XS
SM
MD
LG