Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:12

Akademik Milli Dram Teatrı uşaq evləri ilə bağlı layihəyə başlayıb


Danışan gəlincik
Danışan gəlincik
-
Akademik Milli Dram Teatrı yeni layihə həyata keçirir.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, teatrda xeyriyyə məqsədi ilə pulsuz tamaşalar nümayiş olunur.

Yeni layihə uşaq evlərində olan azyaşlıların teatra cəlb olunması məqsədini daşıyır.

Ötən həftə teatrda Bakının ətrafında yerləşən uşaq evləri üçün “Danışan gəlincik” (A.Şaiq) və “Qaraca qız” (S.S.Axundov, səhnələşdirən A.Şaiq) tamaşaları nümayiş olunub.

“Danışan gəlincik” nisbətən kiçik yaş qrupları üçün, “Qaraca qız” tamaşası isə orta və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub.

Hər iki tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimovdur.

Tamaşalarda Akademik Milli Dram Teatrının aktyorları çıxış edir.

Xəbərdə deyilir ki, tamaşadan sonra teatrın foyesində aktyorlarla görüş, viktorinalar, oyunlar keçirilib, uşaqlara müxtəlif hədiyyələr paylanıb.

Uşaqlar aktyorlarla fotoşəkillər çəkdiriblər. Bu gün uşaqlar üçün əsl hadisəyə, bayrama çevrilib.

Akademik Milli Dram Teatrı gələcəkdə də bu istiqamətdə işlərini davam etdirməyi planlaşdırır.

Teatr inanır ki, bu təşəbbüsə digər teatrlar da qoşulacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG