Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:10

Liviyada 40-dan çox nümayişçi qətlə yetirilib [Video]


-
Video: Euronews

Liviyanın paytaxtı Tripolidə etirazçılara açılan atəş nəticəsində azı 45 nəfər ölüb, 400-dək etirazçı yaralanıb.

Aksiya keçirən paytaxt sakinləri indiki hakimiyyətinin silahlı əleyhdarlarının şəhəri tərk etməsini istəyirmişlər. Bu zaman silahlı birləşmə üzvləri etirazçılara atəş açıb.

Hadisə yerinə polis və ordu birləşmələri gəlib, yollar bağlanılıb.

2011-ci il ildə Muammar Gaddafi devriləndən sonra silahlı qruplaşmalar Liviyanın ayrı-ayrı şəhərlərində, əsasən də paytaxtda nüfuz uğrunda mübarizə aparırlar.
XS
SM
MD
LG