Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

Akademik Milli Dram Teatrında yeni studiya yaradılıb


Akademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı
-
Akademik Milli Dram Teatrının nəzdində yeni teatr studiyası açılıb.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna bildirblər ki, studiyanın yaradılmasında başlıca məqsəd, nəsillər arasında əlaqələrin möhkəmlənməsinə, gələcəkdə teatrda çalışacaq yaradıcı şəxslərin peşəkar biliklərə, sənət vərdişlərinə, səhnə ustalığına, oyun təcrübəsinə yiyələnməsinə şərait yaratmaqdır.

Studiyada respublikanın tanınmış sənət adamlarının, ustad sənətkarların iştirakı ilə müxtəlif fənlərin-- rejissor və aktyor sənəti, teatr nəzəriyyəsi, səhnə danışığı, ritmo-plastika, vokal-səs və digər fənlərin tədrisi təşkil edilib.

Gələcəkdə studiyada xaricdən Azərbaycana gələn görkəmli teatr xadimlərinin - aktyorların, rejissorların, rəssamların, teatrşünasların və digər teatr mütəxəssislərinin iştirakı ilə ustad dərsləri və seminarların təşkili də planlaşdırılır.

40 nəfərdən ibarət studiya üzvləri arasında ölkənin müxtəlif teatrlarında çalışan gənc aktyorlar, ADMİU-nun tələbələri və məzunları, həmçinin səhnə sənətinə bağlı olan gənclər var.

Studiyanın məşğələlərində iştirak etmək istəyənlərin sayı gündən-günə artır. Gələcəkdə məşğələlərin iki qrup üzrə keçirilməsi də istisna olunmur.

Tədris müddəti iki ildir. Dərs prosesinin sonunda studiya üzvləri ilə tamaşa hazırlanacaq.

Studiyada tamaşaya qoyulan uğurlu əsərin teatrın Bədii Şurasında müzakirə edilərək repertuara salınması da istisna edilmir.

İkiillik tədrisi başa vurduqdan sonra studiya üzvlərinə müvafiq sertifikatlar təqdim ediləcək və ən fəal studiya üzvlərinin, müqavilə əsasında, teatrın tamaşalarında iştirak etməsinə şərait yaradılacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG