Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:35
-
«Azadlıq» qəzeti noyabrın 16-da yenidən çapdan çıxıb.

Baş redaktorun birinci müavini Rahim Hacıyevin dediyinə görə, bu, noyabrın 15-də qəzetə yardım marafonu nəticəsində mümkün olub.

«2 saat davam edən marafonda 13500 manat vəsait toplanıb. Toplanan vəsaitlə qəzetin nəşriyyata olan borcunun bir qismi ödənildi və «Azadlıq» qəzetinin çapına razılıq verildi»

Çap və kommunal xərclərə görə 24 min manat borclu olduğu üçün «Azərbaycan» nəşriyyatı noyabrın 12-dən «Azadlıq» qəzetinin çapını dayandırmışdı.

Bundan başqa, 65 min manatlıq cərimənin ödənilməsi üçün qəzetin bank hesabına həbs qoyulub və satışdan gələn pul cərimə ödənilməsinə yönəldilib.

Qəzet uzun müddətdir «Qasid» mətbuatyayımı firmasından satılan nüsxələrin pulunu ala bilmir.

Qəzetə dəstək marafonu davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG