Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15

Ermənistan öz suverenliyinin bir hissəsini verməli olacaq


Garegin II, Bütün Ermənilərin katoliki (solda) və Ivan Volynkin, Rusiyanın Ermənistandakı səfiri (sağda)

Garegin II, Bütün Ermənilərin katoliki (solda) və Ivan Volynkin, Rusiyanın Ermənistandakı səfiri (sağda)

Gömrük İttifaqına qoşulmaqla Ermənistan nə itirə bilər? Rusiyanın Ermənistandakı səfiri İvan Volynkin Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində deyib:

Gömrük İttifaqına qoşulan “bu dövlətlər bütünlükdə öz suverenliklərini itirməyəcəklər. Ancaq onlar şübhəsiz, öz suverenliklərinin bir hissəsini dövlətlərdən yuxarıda duran qurumlara verəcəklər. Bu, Şərqdə və eləcə də Qərbdə baş verən inteqrasiya proseslərinin hamısında olur”.

Səfir daha sonra deyib: “Avropa Birliyi ölkələri Avropa alyansını quranda öz suverenliklərinin bir hissəsini qurban vermədilərmi? Bu ölkələrin bəziləri hətta öz sənayelərinin və kənd təsərrüfatlarının bəzi sektorlarını qurban verdilər. Ancaq Gömrük İttifaqı belə qurbanlar tələb etmir”

Şərhləri göstər

XS
SM
MD
LG